Movqe.Az xəbər verir ki, Brad Pittin baş rolunu və prodüserliyini üzərinə götürdüyü "Dünya Müharibəsi Z" (World War Z) adlı filmin Nyu York qalası, Times Meydanında edilib. Meydana qurulan xüsusi platforma üzərində reallaşan qalanı, on minlərlə Nyu Yorkluyla yanaşı turistlər də izləyib. Fəaliyyət üçün ayrılan sahəyə sığmayan Brad Pit pərəstişkarlarının böyük hissəsi, qalanı meydandakı nəhəng ekranlardan izləmək məcburiyyətində qaldı. Brad Pitin Ancelinasız gəldiyi qalaya; Mireille EnosCeyms Badge Dale, Rabi Cerins və Sterlinq Cerinsin də aralarında olduğu filmin aktyorlarının böyük hissəsi qatılıb. Pərəstişkarlarının sevgi nümayişləri sədasında meydana gələn Pit, qırmızı xalçada yerimədən əvvəl uzun müddət sevənlərini salamlayaraq, imza paylayıb. Mətbuat mənsublarının sıx maraq göstərdiyi qalada Dünya Müharibəsi Z filminin uyğunlaşdırıldığı eyni adlı kitabın yazıçısı Maks Bruks və filmin rejissoru Mark Foster da hazır olub. Elmi-fantastik film, insanlar və zombilər arasında yaşanan döyüşü mövzu alır. Bred Pitt, filmdə Gerry Lane adlı bir Birləşmiş Millətlər Təşkilatının (BMT) işçisini oynayır. Film, dünyaya yayılan zombi işğalına qarşı verilən mübarizəni mövzu alır.