Movqe.Az xəbər verir ki, İbrahim Tatlısəs, Taksim Gəzinti Parkı etirazları üçün Tvittter hesabından tənqidlərə cavab verib. Gəzinti Parkı fəaliyyətləri mövzusunda tənqid yağışına tutulan İbrahim Tatlısəs, Tvitter hesabından şərh verib. Tatlısəs, "Gənclərə heç nə olmasın, bütün arzum və istəyim budur. Qoy yaltaq olum, bunda nə varki? Kaş əlimdən nəsə gəlsəydi, lakin bacardığım dua etməkdir" deyən Tatlısəs, aktivistlərə də etirazları bitirib evlərinə dönmə çağırışı edib: "Ananızı, atanızı, ailənizi düşünürsünüzsə; sizlərdən xüsusilə xahiş edirəm: Evlərinizə qayıdın. Verdiyiniz mesajlar inanın ki alınmışdır. "deyib.