Kamerondan Putinə sonuncu cəhd

18 İyun 2013 16:38 (UTC+04:00)

Movqe.Az xəbər verir ki, İngiltərə Baş naziri Devid Kameron Rusiya Prezidenti Vladimir Putinə son dəfə "Ya bizə qoşularsınız, ya da Suriyada tək qalarsınız" mesajı verib. G8 zirvəsi daxilində dünən gecə yeyilən iş yeməyində verilən mesajla əlaqədar olaraq bir qaynaq, "Bu həlledici bir andır" deyib. Kameron zirvə bu gün sona çatanda hazırlanacaq məlumatda yer alması ümidiylə beş maddəlik qanunlar siyahısı hazırlayıb. Siyahıdakı maddələr bunlardır:


* Suriyada rəhbərliyində Əsəd olmayan və icra səlahiyyətlərinə sahib bir keçid hökumətinin qurulması

* Kimyəvi silahlar dünyanın harasında olursa olsun qınansın

* Suriya xalqına verilən humanitar yardımın yaxşılaşdırılması, yardım təşkilatlarının giriş problemlərinin həll edilməsi

* Radikal qruplara mübarizə sözü verilməsi

* Liviya məsələsindən dərs çıxarılması, Suriyada yeni dövrün əvvəldən planlanlaşdırılması