Bilərzikdən al xəbəri!

19 İyun 2013 16:38 (UTC+04:00)

Movqe.Az xəbər verir ki, "Google"ın smart gözlüyü, Apple və Samsung-un potensial ağıllı saatları dünya gündəmində əks-səda yaradıb. Sözügedən nəhəng şirkətlər ilə birlikdə daha kiçik firmalar da alternativ geyilə bilən texnologiyalar təkmilləşdirməyə başlayıb. Ağıllı telefonunuza bildiriş gələndə sizi xəbərdar edən "Embrace + " da bunlardan biridir. "Embrace +" adı verilən bilərzik, ağıllı telefona endirilən bir tətbiq ilə davamlı əlaqədə qalır. Telefonunuza hər bildiriş gəldiyində bilərzik yanıb-sönür. Gələn zənglər, mesajlar və e-poçt-dan başqa "Facebook", "Twitter" kimi tətbiqlərə gələn bildirişlər və enerjı azalması halında da bilərzik tərəfindən xəbərdar olunacaqsınız. Bilərzikdə hansı bildirişləri və nə sıxlıqda xəbərdarlıq edəcəyini özünüz nizamlaya bilirsiniz.