Azərbaycanda ölkədən getmək və ölkəyə gəlməklə bağlı vizaların alınması qaydaları dəyişdirilir. Milli Məclisdən Mövqe.az-a verilən məlumata görə, bununla bağlı "Ölkədən getmək, ölkəyə gəlmək, pasportlar haqqında" qanuna dəyişikliklər ediləcək. Dəyişikliklərə əsasən vizaların alınması üçün dövlət rüsumunun ödənilməsi üçün qəbz ləğv olunur. Bunun əvəzində vizalarla bağlı rüsumun ödənilməsi üçün ayrıca xüsusi formalı sənəd tərtib olunacaq və viza almaq istəyən şəxslər bu sənədi hazırlayıb təqdim edəcəklər.
Layihə Milli Məclisin iyunun 21-də keçiriləcək növbədən kənar sessiya iclasında müzakirəyə çıxarılacaq.