Təxribata gələnləri gül-çiçəklə qarşıladılar

10 May 2012 14:42 (UTC+04:00)

Mövqe.az xəbər verir ki, Dini Xidmətlər  Müşavirliyi və Dini  İşlər üzrə Türk İslam Birliyi  Almaniyada yerləşən məscidlər qarşısında Hz. Məhəmməd  (s.ə.a.s)  və İslamı təhqir edən əllərində karikatura tutmuş mitinqçilərlə Müsəlmanları qarşıdurmaya təhrik etməyə çalışan həddindən artıq sağçı partiya olan "Pro NRW"yə tolerantlıq dərsi verdi. Beləki Dini Xidmətlər  Müşavirliyi və Dini  İşlər üzrə Türk İslam Birliyi  Mərkəzi Məscidə etiraz üçün gələn irqçi qrupun üzvlərini güllərlə qarşılayıb. Türk-İslam ənənəsinin "Bizə daş atana gül atarıq" prinsipilə hərəkət edən məscid rəhbərliyi etirazçılara gül verib. 

Təqdim edilən gülləri qəbul etmək məcburiyyətində qalan 10 nəfərlik qrupun lideri etiqat azadlığına hörmət etdiklərini  və bütün məscidlərə qarşı olmadıqlarını deyib "Bu çiçəklərin bizə təqdim edilməsi çox nəzakətli bir davranışdır.Öz partiyam adından təşəkkür edirəm".


Əfqanə Məzahirqızı

Mövqe.az