Obama: "Əsəd ölkəsini qan gölünə çevirdi"

20 İyun 2013 17:50 (UTC+04:00)
Movqe.Az xəbər verir ki, ABŞ prezidenti Barak Obama, Suriyada axan qanın dayanması lazım olduğunu ifadə edərək, Əsədin ölkəsini qan gölünə çevirdiyini söyləyib. Obama, Almaniya kansleri Angela Merkel ilə görüşdükdən sonra jurnalistlərin suallarını cavablayıb. ABŞ prezidenti Obama, Suriya Prezidenti Bəşər Əsədin gələcəyinin olmadığını ifadə edərək,'' Əsəd öz xalqını öldürür. Ölkəsini qan gölünə çevirdi. Öz hökumətini yenidən qazanması mümkün deyil'' deyib. Suriyada sülh, demokratiya və tolerantlıq istədiklərini vurğulayan Obama, kimyəvi silah istifadə edilməməsi xəbərdarlığı da edərək,'' Suriyadakı müxaliflərə necə, nə kimi kömək ediləcəyi mövzusunda şərh etməyəcəyəm. Biz yalnız müharibəni sona çatdırmaq istəyirik'' deyə bildirib. Obama həmçinin bu mövzuda G-8 sammitində irəliyə yönəlmiş bir addım atıldığına da diqqəti çəkib.