ARDNŞ-in trestində ölüm hadisəsi baş verib

20 İyun 2013 18:15 (UTC+04:00)

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Neftqaztikinti" Trestində ölüm hadisəsi baş verib. 


Mövqe.az-ın ARDNŞ-in saytına istinadən verdiyi məlumata görə, iyunun 20-də saat 14.40 radələrində "Neftqaztikinti" Trestinin Xüsusi Texnika İdarəsində 1998-ci ildən borudüzən maşinist işləyən, 1966-cı il təvəllüdlü Əliyev İltifat Kamal oğlu özünün idarə etdiyi TQ-124 markalı borudüzən mexanizmin təkəri altında qalaraq dünyasını dəyişib.