Binəqədi rayonunda “20 Yanvar Ümumxalq Hüzn Günü” nün 30-cu ildönümünə həsr edilmiş anım mərasimi keçirildi

21 Yanvar 2020 13:28 (UTC+04:00)

Yanvarın 17-da Binəqədi Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatı və Şuşa Dövlət Musiqili Dram Teatırının birgə təşkilatçılığı ilə . Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini İlqar Süleymanov, Rayon İcra Hakimiyyəti başçısının müavinləri Aygün Əliyeva, Vüsar İsmayılov, Şuşa Dövlət Musiqili Dram Teatırının direktoru Yadigar Muradov, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov, Binəqədi Rayon Gənclər İdman İdarəsinin rəisi Namiq Tarverdiyev,Aparatın şöbə müdirləri, rayon sakinləri olan 20 Yanvar əlilləri və şəhid ailələrinin üzvləri, fəal gənclər və rayon ictimaiyyətinin nümayəndələri iştirak etdilər.Tədbirdən öncə qonaqlar Azərbaycan Rəssamlar İttifaqının fəxri üzvləri Elnur İsgəndərova və Aygün İsgəndərovanın təşkilatçılığı ilə 20 Yanvar faciəsinə həsr edilmiş rəsm sərgisini izlədilər. Tədbir faciə qurbanlarının xatirəsinin bir dəqiqəlik yad edilməsi ilə başlanıldı. Şuşa Dövlət Musiqili Dram Teatrının direktoru, Azərbaycan Respublikasının əməkdar artisti Yadigar Muradov, 20 Yanvar ictimai birliyinin Binəqədi filialının sədri Mübariz İsmayılov, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon təşkilatının sədri Ramiz Göyüşov çıxış edərək bildirdilər ki,1990-cı il yanvarın 20-si Azərbaycanın müasir tarixinə ən faciəli günlərdən biri, eyni zamanda, xalqımızın qəhrəmanlıq səhifəsi kimi daxil olub, milli müstəqillik, azadlıq uğrunda mübarizəsinin və yenilməz iradəsinin rəmzinə çevrilib. Natiqlər düz 30 il əvvəl doğma yurdunun, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan vətənpərvər Azərbaycan övladları həmin müdhiş gecədə canlarından keçərək şəhidlik zirvəsinə ucaldıqlarını qeyd etdilər.

Çıxış edən Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini İlqar Süleymanov xalqımızın ümummilli lideri Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışından sonra - 1994-cü ildə 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verildiyini və cinayəti törədənlərin adlarının ictimaiyyətə çatdırıldığını bildirdi. Natiq qeyd etdi ki, ötən illər ərzində Azərbaycan dövlətinin, o cümlədən “Heydər Əliyev Fondu” nun bu faciə ilə bağlı aparıcı dünya dövlətlərinə çoxlu müraciətləri olmuş, Azərbaycan diasporası və xarici ölkələrdəki səfirliklərimiz tərəfindən “Qanlı Yanvar” və “Xocalı” faciələri bir çox vasitələrlə dünya ictimayyətinə çatdırılmışdır. İlqar Süleymanov ölkə başçısı, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qısa zaman ərzində işğalda olan torpaqlarımızı azad etməklə şəhidlərimizin müqəddəs ruhlarını şad edəcəyimizdən əmin olduğunu dedi. Daha sonra tədbir iştirakçıları Şuşa Musiqili Dram Teatrı tərəfindən hazırlanmış “Yanvarın iyirminci günü” adlı ədəbi bədii kompozisiyasını izlədilər.

Yanvarın 20-də Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Aparatın şöbə müdirləri, əməkdaşları və rayon ictimaiyyəti “Güllə Yağışı” abidəsinin önünə gül dəstələri qoyaraq xalqımızın azadlığı yolunda canlarından keçən şəhidlərin ruhuna öz ehtiramlarını bildirdilər.