Şeyxdən qonşumuza hədə-qorxu

10 May 2012 14:52 (UTC+04:00)

Mövqe.az xəbər verir ki, Səudiyyə Ərəbistan və ABŞ-ın da daxil olduğu 17 ölkənin quru, hava və dəniz ünsürlərinin  iştirak etdiyi  "Hazır Aslan"  manevri atıq İordaniyada başlayıb. Siyasi müşahidəçilər manevrin İranının gözünü qorxutmaq məqsədi daşıdığını düşünür. 

Xatırladaq ki, Körfəz ölkələri  ötən ay da 200 döyüş təyyarəsinin qoşulduğu bir hava manevri reallaşdırmışdı. Ərəb dövlətləri isə İranın bölgədəki artan nüfuzundan narahatdır.


Əfqanə Məzahirqızı

Mövqe.az