Məşhurların saç ustası Vidal Sassoon öldü

10 May 2012 15:02 (UTC+04:00)

Mövqe.Az "Euronews"a istinadən bildirir ki, Məşhurların saç ustası kimi tanınan yəhudi mənşəli amerikalı Vidal Sassoon 84 yaşında Los Angelesdəki evində vəfat etdi.

Vidal Sassoon 14 yaşından bu peşəyə addım atıb və 1960-cı illərdən bəri tanınmışlar onun yaratdığı saç modellərindən imtina edə bilməyib.

Adı marka halına gələn Vidal Sassoonun bir çox ölkədə öz adını daşıyan gözəllik salonları zənciri var.


Ziba Yusifova

Movqe.Az