Azərbaycanda “İcra haqqında” qanuna dəyişikliklər edilib

21 İyun 2013 15:14 (UTC+04:00)

Milli Məclisin bu gün keçirilən iclasında "İcra haqqında" qanuna dəyişikliklər müzakirəyə çıxarılıb.

 

Mövqe.az-ın məlumatına görə, layihə barədə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib.

 

O qeyd edib ki, indiyə qədər icra sənədinin məhkəməyə və digər orqana qaytarılması, avans ödənməsinin isə tələbkara qaytarılması barədə icra məmuru tərəfindən qərar qəbul edilir və həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunurdu. Tərəflər həmin qərardan onun surətini aldıqdan sonra 10 gün müddətində müvafiq məhkəməyə şikayət 10 gün ərzində verə bilərdilər. Dəyişiklikdə bu müddətin 10 gündən 30 günə qaldırılması təklif olunur.

 

Təklif olunan dəyişiklik səsə qoyularaq qəbul olunub.