Movqe.Az xəbər verir ki, Yaponiya İnkişaf Agentliyində işləyən yuxarı vəzifəli Yasuhisa Mizuno, Tvitter vasitəsilə etdiyi təhqirlər səbəbiylə bir ay müddətində vəzifəsindən uzaqlaşdırılıb. Lakin bir aylıq maaşı da cəza olaraq geri alınıb. İnkişaf naziri Takumi Nemoto bu gün etdiyi şərhdə, agentlik vəzifəlisi Mizunonun 30 gün müddətində vəzifəsindən uzaqlaşdırıldığını bildirib. Nemoto, "İnkişaf Agentliyi tək bir ürək olaraq fəaliyyət göstərərək təkrar inkişafı sürətləndirməyə çalışacaq." deyib. Şirkətin ali səviyyə səlahiyyətlisi Mizuno, qeyri-hökumət təşkilatlarının Fukuşima bölgəsindəki insanların radiasiyadan qorunmasına yönəlmiş addımların atılması istəyinə Tvitter vasiəsilə reaksiya göstərmişdi. Mizuno, "Ağılsızlıqlarına sadəcə kədərlənirəm." demişdi. Mizuno, diqqət çəkən ifadələrini sonradan silmişdi.