Movqe.Az xəbər verir ki, məşhur aktyor Gerard Depardieu, spirtli halda motosiklet istifadə etmək təqsirindən 4 min avro pul cəzasına məhkum olunub. Depardieunun sürücülük vəsiqəsinə də 6 ay müddəti üçün qadağa qoyulub.
Moskvada film çəkilişində olması səbəbiylə məhkəməyə qatılmayan Gerard Depardieunun qərara etiraz edəcəyi açıqlanıb. 64 yaşlı Gerard Depardieu noyabr ayında motosikletdən düşmüş və polis bölməsinə gətirilmişdi. Məşhur aktyorun hadisə zamanı spirtli olduğu təsbit edilmişdi. Xatırladaq ki, Depardieu, 15 il əvvəl də yenə spirtli olaraq bənzər bir qəza etmiş və yaralanmışdı.