Tehran ABŞ Dövlət Departamentinin təhdidinə cavab verib

23 Yanvar 2020 22:37 (UTC+04:00)
Tehran ABŞ rəsmisi Brayan Hukun İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) "Qüds" briqadasının yeni komandiri general İsmayıl Qaanini sui-qəsd ilə hədələməsinə münasibət bildirib. APA-nın Tehran bürosunun məlumatına görə, İran XİN-in sözçüsü Abbas Musəvi B.Hukun açıqlamasını ABŞ-ın məqsədli terrorizmin göstəricisi olduğunu bildirib. "General Qaaniyə qarşı ABŞ Dövlət Departamenti rəsmisinin açıqlaması bu ölkənin dövlət terroru və məqsədli terrorizm siyasətini rəsmi şəkildə aşkarlayır", - Musəvi deyib.