Hansı əlaçı şagirlərə pul mükafatı veriləcək?

21 İyun 2013 17:01 (UTC+04:00)

"Qafqaz İnkişaf Bankı" ASC  tərəfindən start verilən "Əlaçı ol, mükafat al!" kampaniyası ilə bağlı artıq indidən bəzi narazılıqlar yaranıb. Mükafat fondunun məhdud olması üzündən bəzi əlaçıların mükafatlandırmadan kənar qalacağı, regionlardakı əlaçı şagirdlərin paytaxta gəlmələrinin vaxt aparacağı üzündən mükafatlananlar sırasına düşməyə gecikəcəkləri ilə bağlı narahatçılıq var. Movqe.az yaranmış məsələyə aydınlıq gətirmək üçün "Qafqaz İnkişaf Bankı" ilə əlaqə saxlayıb. Bankdan bildiriblər ki, hələki əlaçı şagirdlərin sənədləri qəbul edilir: "Mükafatlandırmaya gəlincə, öncə illik və  yekun qiymətləri beş olan şagirdlərə üstünlük veriləcək. Daha sonra qiymətləri II yarımil və I yarımil 5 olan şagirdlər mükafatlandırılanlar sırasına düşəcək. Mükafatlandırma fondunda vəsait qalarsa, "4" qiyməti olan şagirdlərin arasında seçim aparılacaq". Bankdan bildirdilər ki, "Qafqaz İnkişaf Bankı" ASC    regionlarda Gəncə üzrə filialı mövcuddur. Paytaxta gələ bilməyənlər, sənədlərini həmin filiala təqdim edə bilərlər.

Qeyd edək ki, "Qafqaz İnkişaf Bankı" ASC  tərəfindən ölkəmizdə təhsilin inkişafına köməklik göstərilməsi və orta məktəb şagirdlərinin təhsilə marağının artırılması ilə bağlı "Əlaçı ol, mükafat al!" kampaniyasının keçirilməsi qərara alınıb. "Əlaçı ol, mükafat al!" kampaniyasının keçirilməsində məqsəd ölkənin təhsil sistemində savadlı, bacarıqlı və istedadlı şagirdlərin üzə çıxarılması və onların təhsilə olan maraqlarının daha da artırılmasına stimul yaratmaqdır. "Əlaçı ol, mükafat al!" kampaniyası Azərbaycan Respublikasının ərazisində keçirilir. Bakı şəhəri və regionlarda fəaliyyət göstərən orta məktəblərdə təhsil alan 2012-2013-cü dərs ilinin (I yarımil, II yarımil, İllik, Yekun) əlaçı şagirdləri*  bu kampaniyada iştirak etmək hüququna malikdirlər. Kampaniyanın mükafat fondu 100 000 (bir yüz min) manat məbləğindədir və aşağıdakı qaydada verilir:


1. Mükafatın dəyəri:

 

№ Əlaçı şagirdlərin sinfi Mükafatın dəyəri

1 I – V 100 AZN

2 VI – X 200 AZN

3 XI 300 AZN

 

Bu mükafatlar Bankın plastik kartları vasitəsilə verilir (plastik kartlar hədiyyə olaraq verilir).

2. Qeydiyyatdan keçmə müddəti: 03.06.2013-cü il tarixindən - 28.06.2013-cü il tarixinədək

3. Qeydiyyat üçün təqdim edilən sənədlər (əsli):

            - "Məktəbli Kitabçası" * 

            - Şagirdin doğum haqqında şəhadətnaməsi

            - Valideynin şəxsiyyətini təsdiq edən sənəd.

 

4. Mükafatlandırma tarixi: 01.07.2013-cü il tarixindən -  31.07.2013-cü il tarixinədək

5. Qeyd edilən sənədləri təqdim etmək üçün "Qafqaz İnkişaf Bankı" ASC-nin aşağıda qeyd olunan  ünvanına müraciət edə bilərsiz:

- Ünvan: Bakı şəhəri, Binəqədi rayonu., Ə.Naxçıvani küçəsi 25, bina 2   ("Elit" ticarət mərkəzinin arxası, xəritədə bax)

- Tel: (012) 505-85-15;

- İş günləri (I-V, saat 10:00-17:00, fasilə - 13:00 – 14:00)

 Qeyd 1:  "Əlaçı ol, mükafat al!" kampaniyasında iştirak etmək üçün təqdim olunan "Məktəbli kitabçası" nda yekun nəticələri əla qiymətlər olmasına baxmayaraq gündəlik qiymətlərində "2", "3" qiymətləri və 10 dənədən artıq "4" qiyməti olan şagirdlərin sənədləri qəbul edilmir.

Qeyd 2:  "Məktəbli kitabçası" nın  Qiymət göstəriciləri səhifəsində sinif rəhbərinin və direktorun imzası, həmçinin məktəbin möhürü tələb olunur. 

Qeyd 3:  Kampaniya vaxtdan əvvəl və ya həmin vaxt başa çatdıqda, habelə mükafat fondu tam olaraq istifadə olunduqdan sonra mükafat almaq üçün edilən müraciətlər təmin edilmir.