Dünyanın ən incə smartfonu

21 İyun 2013 17:29 (UTC+04:00)

Movqe.Az xəbər verir ki, Çinin mobil nəhəngi "Huawei", Ascend P6 adıyla dünyanın ən incə ağıllı telefonunu çıxardıb. 120 qram ağırlığında və 6,18 mm qalınlığında olan telefon, 4,7 düym böyüklüyündə və 1280 x 720 piksel həllolma dəqiqliyə malikdir. Android 4.2.2 Jelly Bean əməliyyat sistemiylə çalışan Ascend P6, 4 nüvəli prosessora, 2 GB RAM və 8 GB ROM-a malikdir. 8 megapiksel kamera Full HD video çəkiləbilən bu telefonun ön kamerasının isə 5 megapiksellik həllolma dəqiqliyi var. Digər tərəfdən Çin, ötən gün də dünyanın ən sürətli kompüterini çıxarmışdı. Dünyadakı ən sürətli 10 kompüter və hansı ölkəyə aid olduqları isə belə sıralanır:


1. Tianhe-2 (Çin)

2. Titan (ABŞ)

3. Sequoia (ABŞ)

4. K (Yaponiya)

5. Mira (ABŞ)

6. Stampede (ABŞ)

7. Juqueen (Almaniya)

8. Vulcan (ABŞ)

9. SuperMuc (Almaniya)

10. Tianhe-1A (Çin)