Yataqxanada yanğın baş verib

10 May 2012 15:18 (UTC+04:00)

Mövqe.Az FHN-nin rəsmi saytına istinadən bildirir ki, Gədəbəy rayonunda mis mədənində ümumi sahəsi 80 kv.m olan vaqon tipli yataqxanada yanğın baş verib.Yanğın nəticəsində yanar konstruksiyalar və içərisindəki əşyalar yanmışdır. Vaqonun qalan hissəsi və yaxınlıqdakı digər vaqonlar yanğınsöndürənlər tərəfindən mühafizə olunub. Yanğın saat 05:50-də yanğınsöndürənlər tərəfindən söndürülüb.


Ziba Yusifova

Movqe.Az