Xudatda 45 yaşlı kişi güllələnib

24 İyun 2013 11:31 (UTC+04:00)

Mövqe.az-ın məlumatına görə, Xudat şəhər sakini, 1968-ci il təvəllüdlü Məmmədrəhimov Məmmədrəhim Əli oğlu naməlum şəxs və ya şəxslər tərəfindən güllələnib. O, dünyasını dəyişib.

 

Hadisənin baş vermə səbəbləri və qətli törədənlərin saxlanılması istiqamətində əməliyyat axtarış tədbirləri davam etdirilir.

 

Faktla bağlı araşdırma aparılır.