Hər dərdə dəva bildirçin yumurtası

24 İyun 2013 13:52 (UTC+04:00)

Öskürək, astma, bronxit, nəfəs darlığı, mədə, qaraciyər və sinə xəstəlikləri müalicəsində, uşaqların inkişafında və iştahlarının artırılmasında, xəstələrin əməliyyat sonrası tez şəfa tapmasında, qansızlıq və anemiya müalicəsində istifadə edilən bildirçin yumurtası daha bir çox xəstəliklər üçün şəfa qaynağıdır. Movqe.Az-ın məlumatına görə,  təmiz bir mühitdə yetişdirilən və gündəlik qayğı göstərilən bildirçinlər az qala hər gün yumurtlayırlar. İldə təxminən 300 yumurta verən bildirçinlər, bəzi turistik yerlərdə də bişirilərək yeyilir. Ətinin ləzzətli olmasına görə seçilən bildirçindən 150 qram ət çıxır. Bildirçin yumurtasının içində bol miqdarda zülal olduğunu söyləyən mütəxəssislər, "Astma və tənəffüs yolu xəstəliklərinə qarşı faydalı olduğu bilinir. Bu xüsusiyyətlərinə görə keçmişdə çox olmayan bildirçin yumurtasının istehlakına son illərdə əhəmiyyət verilir" deyiblər.