Bu ölkədə qadın olmaq çox çətindir

24 İyun 2013 15:17 (UTC+04:00)

Dünyanın ən kasıb ölkələrindən biri olan Nigeriyada ​​həyatın bütün ağır yükünü qadınlar daşıyır. Movqe.Az-ın məlumatına görə, təxminən 16 milyon əhalisi olan və xalqın böyük hissəsi müsəlman olan Nigeriyada ​​həyat qadınlar üçün çox çətindir. Özləri tərəfindən, qadın olmanın 'iztirab' olaraq müəyyən edildiyi ölkədə, qadın olaraq var ola bilmək, bəlkə də ən çətin həyat formasıdır. Aclıq və səfalətin pəncəsində qıvrılan ölkədə, qız uşaqları 5-6 yaşlarında, uşaqlıq illərini yaşamadan özlərini mərhəmətsiz bir həyatın içində tapırlar. 12 yaşına çatanda evlendirilənlər uşaq yaşda ana olurlar. Ölkədə pulsuz iş gücü olaraq da görülən qadınların faciəsi, kiçik yaşlardan başlayır. Səfalət və aclığın pəncəsində çırpınan ailələrdə qız uşaqları, arxalarına bağladıqları qardaşlarıyla ev işlərini görür, odun yığır, başlarında vedrələrlə su daşıyır, tarlada çalışırlar. Bir qadının orta hesabla 7 uşaq dünyaya gətirdiyi ölkədə valideynlər, evlərindən bir nəfər azalsın deyə 12-13 yaşlarına gəlmiş qızlarını yaşca özlərindən böyük kişilərə ərə verirlər. Evlilik xərcinin təxminən 40 ABŞ dollarına yaxın olduğu Nigeriyada​​, çox arvadlılıq da olduqca məşhurdur. Dörd qadınla evlənən kişi, yeni bir arvad almaq üçün xanımlarından birini uşaqlarıyla birlikdə küçəyə ata bilir. Öz razılıqları xaricində evləndirilən qız uşaqları erkən yaşda doğum etməkdə çətinlik çəkirlər. Bədənləri inkişafını tamamlamamış hamilə qalan qızlar, daha özləri uşaq yaşdaykən körpə sahibi olurlar. Yeniyetmə yaşına çatmadan edilən doğumlar nəticəsində də qızlar, ölkədə 'ölümdən əvvəlki əzab' olaraq bilinən "fistül" xəstəliyinə tutulurlar. Xəstəlik nəticəsində sidiyini saxlaya bilməmə halına gələn qadınlar, pis qoxu səbəbiylə körpələriylə birlikdə yoldaşları tərəfindən tərk edilirlər.