Ombudsman Bakı istintaq təcridxanasına nümayəndələrini göndərdi

24 İyun 2013 13:45 (UTC+04:00)

İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın tapşırığına əsasən, əməkdaşları Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı istintaq təcridxanasında saxlanılan Tofiq Yaqublu, Zaur Qurbanlı, Taleh Bağırovla görüşüblər. Mövqe.az Ombudsman Aparatının saytına istinadən xəbər verir ki, görüşdə məqsəd həmin şəxslərin Bakı istintaq təcridxanasında saxlanılma şəraiti və onlarla rəftar məsələlərinin öyrənməsi olub.


Qəbul edilən şəxslər saxlanılma şəraiti və rəftardan şikayət etməyib, onlardan bəziləri barələrində aparılan istintaqdan narazılıqlarını bildiriblər. 


Həmin şəxslərə Ombudsmanın səlahiyyətləri barədə məlumatlar verilib