Bakıda 2 yaşlı uşaq faciəli şəkildə ölüb

24 İyun 2013 14:23 (UTC+04:00)

Bakıda azyaşlı uşaq faciəli şəkildə ölüb. Nizami Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə rayonun E.Süleymanov küçəsində qeydə alınıb. Həmin keçədə yerləşən 5 mərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində yaşayan 2 yaşlı Sadiq Mürşüdov yaşadığı evin eyvanından yıxılıb. Nəticədə o, aldığı xəsarətdən hadisə yerindəcə dünyasını dəyişib.

 

Faktla bağlı araşdırma aparılır.