İqtisadi çətinlik ayrılığa səbəb olmur

24 İyun 2013 16:34 (UTC+04:00)

Movqe.Az xəbər verir ki, edilən bir araşdırma iqtisadi çətinliklərin boşanmalara səbəb olduğu yönündəki fikirlərin doğru olmadığını ortaya çıxarıb. İngiltərədə Marriage Foundation adlı vəqfin reallaşdırdığı araşdırma iqtisadi çətinliklərin cütlükərin bir yerdə qalma nisbəti üzərində təsir yaratmadığını göstərib. Tədqiqatçı Harri Benson, "Boşanma qeydlərinə baxdıqda 1970-ci illərdən bu yana boşanma nisbətlərinin əvvəlki ildən 10 faiz fərqləndiyini görürük. İqtisadi böhranların boşanmaları sürətləndirdiyi və ya cütllükləri bir-birinə yaxınlaşdırdığına dair heç bir dəlil yoxdur "deyib. İngilis ali Məhkəməsi Ailə Hüququ hakimi Sir Paul Koleridge tərəfindən qurulan "Marriage Foundation" adlı vəqfin araşdırması 2008-ci ildə yaşanan iqtisadi böhrandan bu yana İngiltərədə boşanmalarda azalma olduğunu ortaya çıxarıb. Həmçinin evlilik və boşanma qeydlərində edilən araşdırma, cütlərin ən çox 25-29 yaş arasında boşandığını və evliliklərinin ilk illərini yaşayıb-qurtaran cütlərin boşanma ehtimallarının sürətlə düşdüyünü göstərib.