Cəlilabadda avtomobil aşıb, xəsarət alan var

1 Fevral 2020 12:56 (UTC+04:00)

Cəlilabad rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

Mövqe.az-ın məlumatına görə, hadisə rayonun Məmmədrzalı kəndində qeydə alınıb. 

İlkin məlumata görə, minik avtomobilinin aşması nəticəsində rayon sakini, 1992-ci il təvəllüdlü Hüseynov Mərhəmət İbrahim oğlu xəsarət alıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.