Leicester City-də yeni müdafiəçi

2 Fevral 2020 14:38 (UTC+04:00)

Leicester City heyətini yeni futbolçu ilə gücləndirib.

Goal.az xəbər verir ki, Premyer Liqa təmsilçisi Wolverhampton-un müdafiəçisi Rayan Benneti heyətinə qatıb.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 29 yaşlı ingilis futbolçu mövsümün sonuna kimi icarəyə götürülüb.

Mərkəz müdafiəçisi 2017-ci ildən Wolverhampton-da çıxış edirdi.