Çindən kənarda koronavirusa yoluxanların sayı 151-ə çatıb

3 Fevral 2020 09:22 (UTC+04:00)

Çindən kənarda yeni növ koronavirusa yoluxanların sayı 151 nəfərə çatıb.

Mövqe.az-a "TASS"a istinadən verdiyi məlumata görə, Yaponiyada - 20, Tailandda - 19, Sinqapurda - 18, Cənubi Koreyada 15, Avstraliyada - 12, ABŞ-da - 11 yoluxma halı qeydə alınıb.

Bundan əlavə, Almaniyada - 10, Malayziyada - 9, Vyetnamda - 7, Fransada - 6, BƏƏ-də - 5, Kanadada - 4, Rusiya, Böyük Britaniya, Hindistan və İtaliyada - 2 yoluxma halı baş verib.

Qeyd edək ki, Çində 17,2 mindən artıq insan 2019-nCoV koronavirusuna yoluxub. 2019-nCoV koronavirusundan ölənlərin sayı 361 nəfərə çatıb.

Çindən əlavə yoluxma halları Tailand, Yaponiya, Cənubi Koreya, ABŞ, Kanada, Vyetnam, Sinqapur, Nepal, Fransa, Avstraliya, Malayziya, Finlandiya, Rusiya və Almaniyada da qeydə alınıb.