Zəlzələ olub

24 İyun 2013 18:00 (UTC+04:00)

Movqe.Az xəbər verir ki, Tacikistan, bu gün günorta saatlarında Rixter şkalasına görə 4.5 bal böyüklüyündəki zəlzələ ilə silkələnib. Yerli saatla 13. 05-də, Bakı vaxtilə 13.05-də yerin 80 kilometr dərinliyində meydana gələn zəlzələdə, hər hansı can itkisi və maddi ziyanın olmadığı deyilib.

Zəlzələnin mərkəzi əsasının Tacikistanın cənubunda Kurgantepe mahalına 71 kilometr uzaqlıqdakı Tacik-Əfqan sərhədinə yaxın bölgə olduğu bildirilib. Xalq arasında çaxnaşma və qorxuya səbəb olan zəlzələ, qonşu ölkələr Özbəkistan və Əfqanıstanda da hiss olunub. Avropa Seysmoloji Mərkəzi, zəlzələnin böyüklüyünü əvvəl 5 olaraq açıqlasa da sonra bu rəqəmi 4.5 olduğunu qeyd edib.