Movqe.Az xəbər verir ki, Rusiya xarici işlər naziri Sergey Lavrov, Suriyadakı müxalifəti silahlandırmaq, ölkədə siyasi həllə mane olacağını söyləyib. Mövzuyla ilə bağlı yazılı şərh verən Lavrov, Qatarın paytaxtı Dohada toplanan Suriya Dostlarının müxaliflərə silah vermə qərarının, təhlükəli bir cəhd olduğunu iddia edib. Lavrov görə, Ərəb və bəzi Qərb ölkələri, Suriya müxaliflərinə silah tədarük edərək, ölkədəki problemin siyasi həllinə mənfi təsir edir. Dohada alınan son qərarın, Suriya probleminə təklif edilən fövqəladə siyasi həlli çətinliyə saldığı, axan qanın dayandırılmasına mənfi təsir edəcəyi ifadə edilib. Şərhdə Suriya ilə əlaqədar qərarın Suriya xalqı tərəfindən verilməsi lazım olduğu çağırışını yeniləyən Moskva, kənardan edilən müdaxilələrin sülhü çətinləşdirdiyi fikrini müdafiə edib. İki ildir Suriyada davam edən qarşıdurmalarda əksəriyyəti uşaq və qadın olan rəsmi rəqəmlərə görə 93 min nəfər həlak olub. Ölkədə olan 1.6 milyon nəfər isə evini tərk edərək xaricə qaçıb. Rus və ABŞ səlahiyyətlilərinin sabah Cenevrədə Birləşmiş Millətlər Təşkilatının Suriya nümayəndəsi Əl Ahtar Əl İbrahimi ilə görüşməsi gözlənilir.