DİM bir qrup şagirdi buraxılış imtahanlarından azad edib - SİYAHI

3 Fevral 2020 17:07 (UTC+04:00)

Psixoloji-tibbi-pedaqoji komissiyaların qərarı əsasında buraxılış imtahanlarından azad edilən şagirdlərin siyahısı açıqlanıb. 

Dövlət İmtahan Mərkəzindən (DİM) Mövqe.az-a verilən məlumata görə, bu günə qədər 615 nəfər IX və XI sinif şagirdi buraxılış imtahanlarından azad olunub.  

Qərarı Təhsil Nazirliyi və şəhər (rayon) təhsil şöbələrində fəaliyyət göstərən psixoloji-tibbi-pedaqoji komissiyaların qərarı əsasında DİM qəbul edib.

Siyahı ilə tanış olmaq üçün bu linkdən istifadə etmək olar.