Koronavirusdan ölənlərin sayı 521-ə çatıb

3 Fevral 2020 17:45 (UTC+04:00)

Çində koronavirusdan ölənlərin sayı artıb.

Mövqe.az “CNN Türk”ə istinadən xəbər verir ki, bunu bu ölkənin baş konsulu Suy Vey deyib.

Onun sözlərinə görə, epidemiyadan ölənlərin sayı 521-ə çatıb, 17335 nəfərdə isə koronavirus şübhəsi var.

Baş konsul 21558 nəfərin xəstəxanalardan evə buraxıldığını vurğulayıb.

Xatırladaq ki, fevralın 3-ü saat 04:00-dək  koronavirusdan ölənlərin sayı 361, yoluxanların sayı isə 17205 nəfər idi.