Maldinin oğlu Milan-da debüt etdi

3 Fevral 2020 22:25 (UTC+04:00)

Milan A seriyasının 22-ci turunda Verona ilə qarşılaşıb.

Goal.az xəbər verir ki, 1:1 hesabı ilə yekunlaşan oyunun son dəqiqələrində Milan-ın heyətində meydana 18 yaşlı Daniel Maldini daxil olub.

Onun meydana daxil olması Milan üçün tarixi əhəmiyyət daşıyıb. Belə ki, Daniel vaxtilə Milan-ın şərəfini qorumuş Çezera və Paolo Maldinilərin davamçısıdır. O, Paolonin oğlu, Çezeranın nəvəsidir.

Baba və ata Maldinilər Milan-ın heyətində 994 oyun keçiriblər (Paolo 647, Çezera 347). Onların hər ikisi Milan-ın kapitan sarğısını daşıyıblar.

Daniel 2000-ci ildən sonra doğulanlar arasında Milan-ın heyətində meydana çıxan ilk futbolçudur.