Xırdalanda içməli suyun verilməsində məhdudiyyətlər olacaq

4 Fevral 2020 11:10 (UTC+04:00)

Yeni çəkilmiş içməli su şəbəkəsinin istismara verilməsi ilə əlaqədar 04 fevral 2020-ci il tarixində gün ərzində Xırdalan şəhərinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Bu barədə “Azərsu” ASC-dən Mövqe.az-a məlumat verilib.

Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.