Energetika Nazirliyində qəbul keçirilib

4 Fevral 2020 15:00 (UTC+04:00)

Energetika naziri Pərviz Şahbazov nazirlikdə növbəti dəfə vətəndaş qəbulu keçirib. Bu barədə Mövqe.az-a Energetika Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Qəbulda səsləndirilən müraciət nazir tərəfindən dinlənilib, qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun həll edilməsi üçün nazirliyin aidiyyəti struktur bölmələrinə müvafiq tapşırıqlar verilib.

Qeyd edək ki, Energetika Nazirliyi tərəfindən vətəndaş müraciətlərinə baxılması işinin səmərəli təşkili məqsədilə nazir, nazir müavinləri və digər rəhbər vəzifəli şəxslərin 2020-ci il üzrə vətəndaş qəbulu qrafiki nazirliyin saytında yerləşdirilib.