PSG-də Neymar şoku

4 Fevral 2020 16:00 (UTC+04:00)

PSG-nin futbolçusu Neymar zədələnib.

Goal.az xəbər verir ki, braziliyalı hücumçu Fransa Liqasının 22-ci turunda Monpellier ilə matçda qabırğasından zədə alıb. Bu səbəbdən onun adı ölkə çempionatının növbəti turunda Nantes-la görüş üçün heyətdən çıxarılıb.

Qeyd edək ki, Nantes - PSG görüşü sabah keçiriləcək.