Binəqədidə mebel sexi yanıb

4 Fevral 2020 16:54 (UTC+04:00)

Bakının Binəqədi rayonunda yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Mövqe.az-ın məlumatına görə, ümumi sahəsi 1000 kv.m olan mebel sexinin ərazisində tutumu 5 ton olan dəmir konstruksiyadan ibarət bunkerin içərisinə yığılan taxta yonqarı yanıb.

Yaxınlıqdakı sex yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.