Qazaxda 5 otaqlı ev yanıb

4 Fevral 2020 18:01 (UTC+04:00)

Qazax rayonunda ümumi sahəsi 240 kv.m olan birmərtəbəli evdə yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Mövqe.az-ın məlumatına görə, 5 otaqlı evin yanar konstruksiyaları 34 kv.m sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.