Bu qızın müalicəsinə kömək edin
25 İyun 2013 12:31 (UTC+04:00)
"Damla" İctimai Birliyindən Publika.Az-a verilən xəbərə görə,
1997-ci il təvəllüdlü Yaqubova Aysel Əkbər qızı B Major Talassemiya
qan xəstəliyinden əziyyət çəkir. 3 ayından etibarən davamlı
müalicələr alan və həyatı qan transfuziyalarindan asılı olan
balamızın, yası etibarilə gecikdirilmədən sümük iliyi
transplantasiyası əməliyyatı olunmalıdır.
Qeyd edilir ki, respublikamızda bu xəstəliyin radikal müalicəsi
mümkün deyil. Sümük iliyi transplantasiyası əməliyyatı bir cox
Avropa ölkələrində həyata kecirilir. Maneə olan ən əsas şərtlərdən
biri əməliyyatın həyata keçirilməsi üçün maddi vəsaitin ödənilməsi,
digər əsas şərt isə xəstə üçün uygun qan dəyərinə malik donorunun
tapılmasıdır. Bir neçə ay bundan öncə Azərbaycandan 2 ailənin sümük
iliyi transplantasiyası əməliyyatı üçün Almaniyaya mualicə üçün
getdiyini və orada cox gözəl nəticələr əldə etdiklərini öyrəndikdən
sonra Ayselin ailəsi öz hesabına övladı ile birgə həmin ünvana
muayinə müraciət etdi. Müayinə üçün 14.000 evro ödənildi. Müayinə
nəticələrinə görə həkimlər Ayselin tez bir zamanda emeliyyat
olunmasını məsləhət verdilər. Əməliyyat üçün tələb olunan böyük
məbləği necə ödəyəcəyini düsünən ailəni kiçik qardaşının Ayselə 100
faiz uyğun qan dəyərləri ilə donor ola biləcəyi, əməliyyatın
ailədən donor olacağı halda daha aşağı məbləğə başa gələcəyi xəbəri
sevindirib və ümüdlərini artırıb.
Ayselin hal-hazırda 15 yaşı var .Vəziyyəti stabildir. Müntəzəm
olaraq 2 həftə intervalla qan vurulur və periodik olaraq
iynə-dərman müalicəsi alır. Dalaq ,qaraciyər və ürək üçün aldığı
daimi müalicələrdən əlavə,davamlı qan vurulduğundan bədəndə yığılan
artıq dəmir çoxluğundan azad olmaq üçün hər gün qarın əzələsinə
xüsusi aparatla 12 saat ərzində (axşam saat 8-dən səhər saat 8-ə
kimi)yeridilən iynə vurulur. Yaşadığı həyat tərzində bir çox
çətinliklər olduğuna baxmayaraq, Aysel mənəvi cəhətdən çox
güclüdür. Əslində eyni dioqnozlu uşaqlardan çox fərqlənir -belə
uşaqlar adətən ,yaşadıqları həyat tərzi və səhhətləri ilə əlaqədar
olaraq, həyata küskün və çox passiv olurlar. "Aysel isə çox şən və
həyat dolu bir uşaqdır . Mehriban xasiyyəti,xeyirxah və həssas
ürəyi, ağıllı danışığına gorə onu tanıyan hər kəsin sevimlisinə
çevrilir. Özü kimi diaqnozda uşaqların tam əksinə dərslərində
nəinki sinif yoldaşıarından geri qalmır,hətta hər kəsdən daha aktiv
və həvəslidir.Ən əsası isə Aysel balamız inşAllah sağlam həyata
qovuşmasına Rebbimizin bir qapı açacağına, xeyirlisi ilə şəfa
tapacağına çox inanır...."-deyə "Damla"nın məlumatında
bildirilir.
Aliəsi və "Damla" İctimai Birliyi Ayselin müalicəsinə kömək
məqsədilə müraciət edir. Tələb olunan məbləğ -190 000 AVRO
–dur.İndiyədək 40 000 AVRO toplanıb. Əməliyyatın tez bir zamanda
olunması tələb edildiyi üçün, məbləğin toplanmasında xeyirsevər
insanların yardımına ehtiyacımız var. Ümid edirik ki, əlinizdən
gələn yardımı əsirgəməyəcəksiniz. Çünki, yaşının 15 olduğu və bu
yaşın əməliyyat üçün əslində sərhəd yaş olduğunu bildirən həkimlər,
çox vaxt itirilərsə, artıq Ayseli əməliyyat üçün qəbul
etməyəcəklərini deyirlər.
Bəri başdan dərin təşəkkürümüzü bildiririk. Həyatının ən gözəl
çağını yaşayan balamızın gələcəyini xilas etməkdə və ailəsinə
səadət bəxş etməkdə yardımınızı əsirgəməyəcəyinizən ümidvarıq və
tez bir zamanda cavab gözləyirik.
Publika.Az
Bank hesabını və xəstəlik tarixçəsin təqdim edirik

