Vilayət Eyvazov polis rəisini təqaüdə göndərdi

5 Fevral 2020 10:02 (UTC+04:00)

Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov daha bir yol polisi rəisini işdən azad edib.

Mövqe.az xəbər verir ki, nazirin əmri ilə Nəsimi rayon Dövlət Yol Polisi şöbəsinin rəisi, polis polkovnik-leytenantı Qəhrəman Qələndərov yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev faktı təsdiqləyib.