Türkiyənin divası Bülent Ersoy Bakıda ilk dəfə möhtəşəm konsert ilə çıxış edəcək

5 Fevral 2020 21:59 (UTC+04:00)

Türkiyənin divası Bülent Ersoy Bakıya gəlir. Türkiyənin divası Bülent Ersoy Bakıda ilk dəfə möhtəşəm konsert ilə çıxış edəcək. Milli.Az xəbər verir ki, Ersoyun 100-cü konserti 24 oktyabr tarixində gerçəkləşəcək. Sənətçi konsertin anonsunu verib: "Hörmətli Azərbaycan xalqı, sizi çox sevirəm və hörmət edirəm. Qardaş vətənimə gələcəyəm. Əgər məni görməyi arzu edirsinizsə, o zaman konsertimə gəlin. Musiqisevər Azərbaycan xalqı, 24 oktyabrda görüşmək ümidi ilə..."

Qeyd edək ki, konsertin təşkilatçısı "Boomerang label" şirkətidir.