Bayrağımızı ermənilər əzizlədilər - YENİLƏNİB

10 May 2012 17:40 (UTC+04:00)

Movqe.az tert.am saytına istinadən xəbər verir ki, Ermənistanın paytaxtı İrəvan şəhərində naməlum şəxs mərkəzi küçələrdən birində asvaltın üzərində azərbaycan bayrağının rəsmini çəkib. Hadisə 8 maydan 9 maya keçən gecə baş verib.

Olay Abovyan xiyabanın yaxınlığındakı küçədə qeydə alınıb.

Hadisənin Şuşanın işğalı günündə qeydə alınması Ermənistanda böyük əks-səda yaradıb.

Bayrağı görənlər polisə xəbər verib.Bundan sonra Azərbaycan bayrağının rəsmi silinib.