“Azərsun Holdinq”də qanvermə aksiyası keçirilb

5 Fevral 2020 14:23 (UTC+04:00)

Hər zaman müxtəlif sosial layihələr reallaşdıran“Azərsun Holdinq” növbəti dəfə ənənəsinə sadiq qalıb.Şirkətlər Qrupu Mərkəzi Qan Bankı ilə birgə “Qan ver- yaşat” şüarı altında qanvermə aksiya təşkil edib.“Azərsun Holdinq” Mədəniyyət Mərkəzində keçirilmişaksiyada Şirkətlər Qrupunun əməkdaşları, media mənsubları və Masazır sakinləri iştirak ediblər.

Qanvermə aksiyasında iştirak edən HoldinqinMüşahidə Şurasının sədri Abdolbari Goozaləməkdaşlar qarşısında çıxış edərək qan verməkləmüxtəlif xəstəliklərdən əziyyət çəkən insanları xilasetməyin mümkün olduğunu bildirib. Şirkət rəhbəri hərkəsin sosial durumundan asılı olmayaraq ən azındanqan verməklə həyat xilas edə biləcəyini vurğulayıb. O, “Azərsun Holdinq”də çalışanların yalnız qidatəhlükəsizliyi, yüksək keyfiyyətli məhsulların istehsalıilə deyil, eyni zamanda qanı və canı hesabınaAzərbaycana xidmət etdiyini və bu fəlsəfənin heçzaman dəyişməyəciyini bildirdi. Daha sonra media mənsubları ilə görüşən Şirkətlər Qrupunun MüşahidəŞurasının sədri bu il qanvermə aksiyasının əvvəlkiillərlə müqayisədə fevralda keçirilməsinin MərkəziQan Bankında qan qıtlığının yaranması ilə əlaqədarolduğunu söyləyib. Abdolbari Goozal bütün şirkətlərinbu cür sosial layihələr həyata keçirməli olduğunu qeydedərək “Azərsun Holdinq”in hər zaman bu məsələyəxüsusi həssaslıqla yanaşdığını vurğuladı.
Jurnalistlərin suallarını cavablandıran Mərkəzi Qanbankının sədrinin müavini Namirə Abbasova “AzərsunHoldinq”in illərdir bu sosial aksiynı həyata keçirdiyinivə yüzlərlə əməkdaşın qan verərək dəstək olduğunuqeyd edərək, təşəkkürünü bildirdi.

Qeyd edək ki, ölkəmizin qeyri-neft sektorunun aparıcışirkətlərindən olan “Azərsun Holdinq” artıq 14-cü ildirki, ənənəvi qanvermə aksiyası keçirməklə yüzlərləinsanın öz sağlamlığına qovuşmasına dəstək verir.