Bakıda axtarışda olan 13 nəfər saxlanıldı

6 Fevral 2020 09:12 (UTC+04:00)

Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) ötən gün paytaxtda baş verən cinayət hadisələrinin statistik məlumatlarıını açıqlayıb.

BŞBPİ-nin Mətbuat Xidmətindən Mövqe.az-a verilən məlumata görə, paytaxtın polis orqanları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 23 cinayətin üstü açılıb.
Onlardan 8 əvvəllki dövrlərdən bağlı qalan cinayətlər olub.
Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarışda olduğuna görə ümumilikdə 13 nəfər saxlanılıb.
Narkotiklərlə əlaqəli 3, oğurluq üzrə 5, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib. İtkin düşmüş kim axtarışı elan olunan 1 nəfər tapılaraq ailəsinə təhvil verilib.
Hər bir fakt üzrə müvafiq idarə, şöbə və bölmələrdə araşdırmalar davam etdirilir.