Bakıda təkər mərkəzi cərimələndi

6 Fevral 2020 18:02 (UTC+04:00)

Azərbaycanda avtomobil təkər mərkəzi şəbəkəsi kimi tanınan “Radius Plus” MMC inzibati qaydada cərimələnib.

Mövqe.az-ın xəbərinə görə, valyuta tənzimi qaydalarını pozduğuna görə, Bakı şəhəri Nizami Rayon Məhkəməsi şirkətin 2 854 ABŞ dolları cərimə edilməsi barədə qərar çıxarıb.

“Radius Plus” MMC İnzibati Xətalar Məcəlləsinin (İXM) 430.4-cü (avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə) maddəsi ilə təqsirli bilinib.

Qərardan şirkət tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsində baxılır.

Qeyd edək ki, “Radius Plus” MMC avtomobil şinləri, disklər, yağlar və və digər məhsulların satışı ilə yanaşı, təmir və xidmət də həyata keçirir.