Rihannadan sonra yeni qurban tapdı?

25 İyun 2013 15:37 (UTC+04:00)

Movqe.Az xəbər verir ki, keçmiş sevgilisi Rihannanı ağır bir şəkildə yaralamasıyla təqsirləndirilən Kris Broaun indi də 24 yaşındakı bir qıza hücum etməsiylə gündəmə gəlib. ABŞ-lı repçi Kris Brounun gənc bir qadını döydüyü iddia edilib. Şənbə axşamı Braunun səhnə aldığı gecə klubuna gedən Deane Qvineya, şounun ardınca müğənninin yanına getdiyini, müğənninin onu şüurlu və qəsdən yerə itələdiyini deyən Qvineya, əməliyyat olması lazım olduğunu bildirib. Hadisədən sonra həkimə gedən gənc qızın sağ dizindəki bağ toxumasının yırtıldığı deyilib. Hadisə ilə əlaqədar müğənninin spikeri Nikol Perna TMZ-yə danışaraq belə bir vəziyyətdən özünün və Brounun xəbəri olmadığını bildirib. Xatırladaq ki, Kris Braun 2009-cu ildə köhnə sevgilisi Rihannaya tətbiq etdiyi şiddət səbəbiylə məhkəməyə çıxmışdı