Qubada baş verən yanğına 2 helikopter cəlb olundu

7 Fevral 2020 12:03 (UTC+04:00)

Quba rayonun Qalxun kəndində baş verən yanğın hadisəsinin qarşısının alınması istiqamətində tədbirlər görülür.

Fövqəladə Haqllar Nazirliyindən Mövqe.az-a verilən məlumata görə, rayon mərkəzindən 60 km məsafədə mürəkkəb relyefə və çətin keçilən yolları olan ərazidə ot tayası yanır:

"Yanğının yaxınlıqda yerləşən yaşayış evlərinə keçməsi ehtimalı olduğundan FHN DYMX-nin, XXRX-nin, Şimal Regional Mərkəzin müvafiq qüvvələri və nazirliyin Aviasiya dəstəsinin 2 helikopteri hadisə yerinə cəlb olunub. Əlavə məlumat veriləcək".

Məlumata görə, hadisə nəticəsində ot tayalarının yanında olan 5 evin də yandığı bildirilir.