Keçmiş məhkum bu dəfə oğurluq edərkən saxlanıldı

7 Fevral 2020 13:15 (UTC+04:00)

Oğurluqda şübhəli bilinən Gəncə şəhər sakini S.Pənahov saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Mövqe.az-a verilən məlumata görə, Binəqədi RPİ 5-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində bir mağazadan və bir avtomobildən pul, mobil telefon və maqnitofon oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş S.Pənahov saxlanılıb.