Lerikdə ev yanıb

7 Fevral 2020 14:17 (UTC+04:00)

Lerik rayonunda ümumi sahəsi 70 m² olan taxta konstruksiyalardan ibarət birmərtəbəli ev yanıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən Mövqe.az-a məlumat verilib.

Yaxınlıqdakı evlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.