Komitə sədrinin səfəri ərəb mediasında

7 Fevral 2020 15:55 (UTC+04:00)

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun başçılıq etdiyi nümayəndə heyətinin ərəb ölkələrinə səfəri çərçivəsində Səudiyə Ərəbistanında keçirdiyi görüşlər yerli media ilə yanaşı ərəb mediasında da işıqlandırılıb.

Dövlət Komitəsindən Mövqe.az-a verilən məlumata görə, belə ki, Səudiyə Ərəbistanının ən böyük xəbər agentliklərindən olan Saudi Press Agency bu barədə xəbər hazırlayıb. Xəbərdə bildirilik ki, tərəflər iki ölkə arasında qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsi ilə yanaşı, humanitar yardım məsələlərində gələcək əməkdaşlıqdan da söz açıblar. Qeyd edək ki, Azərbaycan nümayəndə heyətinin ilk görüşü “Kral Salman” Humanitar Yardım Mərkəzinin rəhbəri Abdullah Ər-Rabiə ilə olub.

https://www.spa.gov.sa/viewstory.php?lang=ar&newsid=2031307

Bundan əlavə həmin görüş “Kral Salman” Humanitar Yardım Mərkəzinin internet saytında da işıqlandırılıb.

http://diaspor.gov.az/xeberler2020/x1135.php