Sumqayıt sakini Kürdəmirdə qəza törətdi - Ölən və yaralanan var

8 Fevral 2020 13:53 (UTC+04:00)

Kürdəmir rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Mövqe.az-a verilən məlumata əsasən, fevralın 7-də saat 10 radələrində Kürdəmir rayonunun Sığırlı kəndi ərazisində Sumqayıt şəhər sakini Aslan Nəsirov idarə etdiyi “Kia” markalı avtomobili yol ayırıcısına vurub.

Nəticədə sürücü hadisə yerində ölüb, bir nəfər sərnişini xəstəxanaya yerləşdirilib.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.